03 iyul 2015, 19:00

Eynulla Ramazanov, Sehran Məhərrəmov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası son on iki il ərzində Sizin rəhbərliyiniz altında gündən-günə çiçəklənir, inkişaf edir. Respublikamız Sizin apardığınız uğurlu siyasət nəticəsində dünyada və regionda öz layiqli yerini tutmuşdur. Ölkəmizdə çox böyük layihələr həyata keçirilir, geniş islahatlar aparılır və mötəbər tədbirlərə ev sahibliyi edirik. "Bakı-2015" birinci Avropa Oyunları kimi dünyanı heyran qoyan tədbirin yüksək səviyyədə keçirilməsinə, Oyunlarda qazandığımız nəticələrə görə Sizi, o cümlədən bütün Azərbaycan xalqını alqışlayır və təbrik edirik. 

Respublikamızda siyasi sabitliyə, sürətli inkişafa və xalqın həyat səviyyəsinin yüksəlməsinə nail olunub, əhalinin bütün təbəqəsini əhatə edən sosial proqramlar həyata keçirilir. Ölkəmizin hər bir regionunda davamlı quruculuq-abadlıq işləri aparılır. Yeni məktəblər, iaşə obyektləri tikilir və yollar salınır. Bunu ucqar dağ rayonu olan Lerikin timsalında görürük. Rayonda geniş abadlıq, quruculuq işləri aparılır. Sizin Sərəncamınızla yeni yaradılmış “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti artıq rayonda əsaslı işlər görməyə başlayıb. Elektrik xətləri bərpa və təmir olunur, yeni xətlər çəkilir. Əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsi sahəsində əsaslı dönüş yaradılıb. Məhz Sizin rəhbərliyiniz və tapşırıqlarınız sayəsində bu cür görülən tədbirlər biz yerli əhali tərəfindən yüksək səviyyədə qarşılanır. İnanırıq ki, işlərin belə səviyyədə davam etməsi nəticəsində bütün kəndlərimizin elektrik xətləri yenidən bərpa olunacaqdır. Biz sevinirik, Sizə dualar edirik. Qoy bu müqəddəs Ramazan ayı bütün Azərbaycan xalqının həyatına ruzi, bərəkət gətirsin. Siz xalqın Prezidentisiniz. Xalqın rifahı, gələcək inkişafı naminə yorulmadan çalışırsınız. Biz də Sizin xəttinizlə dövlətimizin, xalqımızın gələcəyi naminə var-qüvvəmizlə getməyə çalışır və daima çalışacağıq. 

Allahdan Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayırıq. 

Dərin hörmət və ehtiramla, 

Tülüconu ərazisinin bir qrup sakinləri: 

Eynulla Ramazanov, 

Sehran Məhərrəmov,

Məhərrəm Məhərrəmov, 

Məmməd Rüstəmov, 

Şakir Mirzəyev, 

İsməli Babayev, 

Hacıhısın Əkbərov, 

Günel Abdullayeva, 

Elxan Cabbarov, 

Rafail Verdiyev, 

İdris Babayev (cəmi 83 imza). 

Azərbaycan Respublikası, Lerik rayonu