Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29 iyun 2015, 16:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətlərinə görə Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Kikis Lazarides

Rafael Paqnozzi

Yanez Koçiyançiç

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2015-ci il.