İlham Əliyev Samux rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

09 fevral 2011, 19:45
İlham Əliyev Samux rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

Prezident İlham Əliyev Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV görüşə toplaşanlara müraciətlə dedi:

- Mən sizi ürəkdən salamlayıram. Samux rayonunda çox əlamətdar hadisədir - İcra hakimiyyətinin yeni inzibati binası istifadəyə verilibdir. Çox əlamətdar hadisədir. Həm burada işləyənlər üçün yaxşı şərait yaradılıb, eyni zamanda, – icra hakimiyyətinin ətrafında binalar tikiləcək, yeni mərkəz yaradılacaq və Samux şəhəri inkişaf edəcəkdir.

Samux rayonunda sənaye müəssisələri açılır. Bu gün mən meyvəqurutma müəssisəsinin açılışında iştirak etmişəm. Çox gözəl, keyfiyyətli məhsullar istehsal olunur. Mənə verilən məlumata görə, quşçuluq fabriki tikilibdir. Orada da həm iş yerləri açılır, həm də ki, yerli istehsal yaradılır. Elə etməliyik ki, özümüzü maksimum dərəcədə yerli məhsullarla təmin edək. Xüsusilə quşçuluq sahəsində, çünki biz bu sahədə özümüzü hələ 70-75 faiz səviyyəsində təmin edirik. Ona görə quşçuluğun inkişafı indi prioritet xarakter daşıyır. İki-üç ilə biz tamamilə bu sahədə də öz istehsalımızı təmin edəcəyik.

Samuxda qazlaşdırma işləri uğurla davam edir. Mənə verilən məlumata görə, əksər kəndlərdə qazlaşdırma başa çatıbdır. Elektrik enerjisi ilə təchizat yaxşı səviyyədədir. Bu gün mən yeni böyük yardımçı stansiyanın açılışında iştirak edəcəyəm. Həm bütün bölgəyə dayanıqlı elektrik enerjisinin verilməsi üçün bu stansiyanın böyük əhəmiyyəti var, həm də Gəncədə tikilməkdə olan böyük metallurgiya kompleksinin fəaliyyəti üçün mütləq belə bir güc yaradılmalı idi.

Bir sözlə, hər bir rayonda olduğu kimi, Samuxda da quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır, sosial məsələlər öz həllini tapır, rayon abadlaşır, gözəlləşir. Mən hesab edirəm ki, gələcək illərdə bu müsbət dinamika davam etdiriləcəkdir. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilibdir. Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür. İqtisadi inkişaf, sosial məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması – bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir.

Bu gün mən səhərdən qərb zonasındayam. Böyük işlərin görülməsinin şahidi oluram. Hər dəfə bu bölgədə olarkən sevinirəm ki, qərb zonası çox uğurla inkişaf edir. Həm kənd təsərrüfatı inkişaf edir, sənaye müəssisələri, sosial obyektlər tikilir, həm də yeni parklar, yollar salınır. Biz Bakı-Gürcüstan sərhədi magistral yolunun çəkilişinə nail ola bilmişik, rahat yolla gəlib-getmək mümkündür.

Gələcək illərdə biz ölkəmiz üçün lazım olan bütün layihələri icra edəcəyik. Bir müddət əvvəl Şəmkirçay su anbarının tikintisinə başlamışdıq. Onun istifadəyə verilməsi nəticəsində minlərlə hektar sahə suvarılacaqdır. Təkcə Samux rayonunda 20 min hektardan artıq torpaq istifadəyə veriləcəkdir. Qonşu rayonlarda – Şəmkirdə, digər rayonlarda da suvarılan torpaqların sahəsi artacaq, beləliklə, Azərbaycanda kənd təsərrüfatı daha çox inkişaf edəcəkdir.

Bu yaxınlarda verdiyim tapşırıqlar əsasında indi Azərbaycanda taxılçılığın inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasından ötrü boş torpaq sahələri axtarılır. Yaxın vaxtlarda o torpaqlar müəyyən ediləcək və dövlət tərəfindən bütün infrastruktur təminatı - elektrik enerjisi, su təminatı təşkil ediləcək ki, Azərbaycanda kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsində daha da böyük uğurlara nail olaq. Biz elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Artıq bu yolda çox böyük uğurlara biz nail olmuşuq. Hazırda bitkiçilikdə və quşçuluq sənayesində özümüzü təmin etmək imkanlarımız təxminən 70 faiz səviyyəsindədir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə demək olar ki, biz özümüzü 100 faiz, yaxud da 90-95 faiz təmin edirik. Bu bizə nə verəcək? İlk növbədə, yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, digər tərəfdən, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər. Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunsun. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbiidir, həm keyfiyyətlidir, həm də hazırda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır.

Azərbaycanın hər bir rayonu üzrə konkret proqram var, iş cədvəli var. Yerli icra orqanları bu işləri aparır və aparmalıdırlar. Mərkəzi orqanlar tərəfindən görülən işlər, verilən tövsiyələr, ayrılan vəsait isə əlbəttə ki, bu işlərin daha da səmərəli aparılmasına xidmət göstərir.

Samux rayonuna mən birinci dəfə deyil ki, gəlmişəm, əvvəllər də gəlmişdim. Hər dəfə gələndə sevinirəm ki, burada hansısa bir yeniliyi görürəm, inkişafı, abadlığı görürəm. Bu gün bu inzibati binanın açılışı da, yenə də deyirəm, böyük məna daşıyır. Bu, sadəcə iş yeri deyil, Samux şəhərinin inkişafı üçün, inkişaf etmiş rayona çevrilməsi üçün atılmış vacib addımdır. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Arzu edirəm ki, Samux rayonunda hər şey yaxşı olsun.

X X X

Rayon sakini, əməkdar müəllim Göyçək NAMAZOVA samuxlular adından minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident, sonsuz məhəbbətlə səfərinizi gözləyən, bu fərəhli anların sevincini yaşayan bütün Samux camaatı adından Sizi salamlayır, xoş gəlmisiniz deyirik. Böyük minnətdarlıq və qürur hissi ilə bildiririk ki, ölkəmizin hər yeri kimi, Samux rayonu da uğurla inkişaf edir. Bir neçə il bundan əvvəlki Samuxu indiki ilə müqayisə etmək heç mümkün deyildir.

Bundan əvvəl rayon mərkəzinin yerləşdiyi Nəbiağalı kəndi köhnə binaları, əyri və palçıqlı yolları olan bir neçə küçədən ibarət idi. Sizin Sərəncamınızla 2008-ci ilin may ayında şəhər statusu almış Samux diqqət və qayğınız sayəsində böyümüş, abadlaşmışdır. Hazırda şəhərdəki bu geniş meydan, prospekt və küçələr, parklar, müasir görünüşlü tikililər çoxlarının qibtə yerinə çevrilə bilər. Təzə yaranmış, magistral yollardan kənarda yerləşən, bəzən sanki unudulmuş Samux rayonu Sizin diqqət və qayğınız sayəsində inkişaf yoluna qədəm qoydu, öz simasını dəyişərək abad bir diyara çevrildi. Kəndlərimiz də sürətlə inkişaf edir, abadlaşır, hər yerdə tikinti-quruculuq işləri aparılır. Bütün bunlar Sizin sayənizdə yeni iş yerlərinin açılması, insanların gəlirinin artması nəticəsində həyat şəraitinin yaxşılaşdırılmasının ən bariz göstəricisidir.

Cənab Prezident, mən gənc müəllim kimi işə başladığım 1990-cı illəri bu gün də kədərlə xatırlayıram. Açıq deyim ki, həyatımızın hər bir sahəsi kimi, təhsilimiz də acınacaqlı vəziyyətdə idi. Şagirdlər qışda qızdırılmayan, oturmağa partası belə olmayan məktəblərdə oxuyurdular. Müəllimlər sinfə girməyə, şagirdlərin qarşısına çıxmağa belə utanırdılar. Belə vəziyyətdə hansı sağlam nəsildən, hansı təlim-tərbiyədən, hansı savaddan söhbət gedə bilərdi? Ulu öndərin gənc nəslin sağlam və savadlı böyüməsinə göstərdiyi qayğını, 1990-cı illərin sonlarında təhsildə başlatdığı inqilabi dəyişikliyi Siz bir ürək yanğısı ilə davam etdirdiniz. Qısa zaman kəsiyində yüzlərlə məktəb, idman, səhiyyə obyektləri tikdirdiniz, özü də ən gözəlini, ən yaxşısını, ən möhtəşəmini, ən yaraşıqlısını. Çünki Siz dəfələrlə demisiniz: sağlam və savadlı nəsil bu millətin gələcəyidir, Azərbaycanımızın sabahıdır. Budur əsl azərbaycançılıq, budur xalqı, milləti sevmək nümunəsi!

Sizin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili çox hörmətli Mehriban xanım Əliyevanın köməyi ilə son beş-altı ildə rayonumuzda 8 məktəb binası tikilərək istifadəyə verilmiş, işlədiyim Qarayeri kənd 1 saylı məktəb də daxil olmaqla, 13 məktəb binası əsaslı təmir edilmişdir. Bununla da məktəblərin rayonumuzda 60 faizi yeni görkəm almışdır. Bizim üçün möcüzəyə çevrilmiş bu inkişafı 10-15 il bundan əvvəl xəyalımıza belə gətirə bilməzdik.

Mən əməyi Sizin tərəfinizdən yüksək qiymətləndirilən, “Əməkdar Müəllim” fəxri adına layiq görülmüş yüzlərlə təhsil işçisindən biriyəm. Cənab Prezident, hər gün şagird və valideynlərlə görüşən bir müəllim kimi öz sevincimi Sizinlə bölüşmək, gənc nəslə, təhsil işçilərinə göstərdiyiniz qayğıya görə rayon sakinlərinin ən səmimi minnətdarlığını Sizə və Mehriban xanıma çatdırmaq istəyirəm.

Möhtərəm Prezident, sadaladığım bütün bu uğurlar Sizin gərgin əməyinizin nəticəsi, regionların inkişafına göstərdiyiniz qayğının bəhrəsidir. İnsanlar ancaq Sizə, öz Prezidentinə güvənərək, gələcəyə böyük ümidlə və inamla yaşayırlar. Ulu Tanrı Sizi qorusun!

X X X

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2024
17:08
Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”...

30 aprel 2024, 17:08
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2024
17:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan...

30 aprel 2024, 17:06
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2024
12:14
O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                     

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı...

29 aprel 2024, 12:14
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2024
12:12
R.V.Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                                         

Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra...

29 aprel 2024, 12:12
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:10
“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul...

29 aprel 2024, 12:10
SƏNƏDLƏR Qanunlar 29 aprel 2024
12:08
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan...

29 aprel 2024, 12:08
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:06
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

29 aprel 2024, 12:06
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:04
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...

29 aprel 2024, 12:04
SƏNƏDLƏR Qanunlar 29 aprel 2024
12:02
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 16-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan...

29 aprel 2024, 12:02
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2024
12:00
Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

29 aprel 2024, 12:00