17:48
İlham Əliyev Samux rayonunda 500 kilovoltluq “Samux” yardımçı stansiyasının açılışında iştirak etmişdir
09 fevral 2011, 20:30
Prezident İlham Əliyev Samux rayonunda 500 kilovoltluq “Samux” yardımçı stansiyasının açılışında iştirak etmişdir.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verərək bildirdi ki, rayonun Lək kəndi ərazisində ayrılmış 30 hektar sahədə 2008-ci ilin iyulunda başlanmış inşaat işləri 2010-cu ilin sonunda yekunlaşdırılmışdır.
Böyüklüyünə görə respublikamızda ikinci olan “Samux” yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə və alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcəkdir. Layihə çərçivəsində Gəncə alüminium zavodunda 330/110/10 kilovoltluq və 110/35 kilovoltluq yardımçı stansiyalar da tikilmiş, enerjinin ötürülməsi üçün 26 kilometr uzunluğunda 500 kilovoltluq və 64 kilometr uzunluğunda 330 kilovoltluq elektrik xətləri çəkilmişdir.
“Samux” yardımçı stansiyasında 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev yardımçı stansiyanın inzibati binası ilə tanış oldu. Burada yaradılmış fotoguşədə ulu öndər Heydər Əliyevin Azərbaycanın energetika sisteminin inkişafı sahəsində gördüyü işləri əks etdirən şəkillər toplanmışdır.
Dövlət başçısı idarəetmə mərkəzində yardımçı stansiyanı işə saldı, inşaatçılara və energetiklərə uğurlar arzuladı.
17:48
17:08
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”...
30 aprel 2024, 17:0817:06
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan...
30 aprel 2024, 17:0610:28
12:14
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı...
29 aprel 2024, 12:1412:12
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra...
29 aprel 2024, 12:1212:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul...
29 aprel 2024, 12:1012:08
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan...
29 aprel 2024, 12:0812:06
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1....
29 aprel 2024, 12:0612:04
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...
29 aprel 2024, 12:0412:02
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 16-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan...
29 aprel 2024, 12:0212:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
29 aprel 2024, 12:00