11:42

Prezident İlham Əliyev Samuxda “NAA aqrotara” MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak etmişdir.
Dövlət başçısı MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan müəssisəni işə saldı, istehsal prosesini izlədi.
Müəssisədə sutkada 12 ton meyvə və tərəvəz, o cümlədən göyərti qurutmaq mümkündür. Burada 150 nəfər daimi, 60 nəfər isə mövsümi işçi çalışacaqdır. Müəssisə yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq Quba rayonundan 800 ton alma tədarük edilmişdir. Qurudulmuş məhsullar yüksək keyfiyyəti, təbii olması ilə seçilir. Hələlik burada alma qurudulur və standartlara uyğun olaraq paketlərdə qablaşdırılır. 25 min ton tutumu olan soyuducu anbarlarda müasir avadanlıq quraşdırılmışdır. Müəssisədə sanitariya qaydaları da tam beynəlxalq standartlara uyğundur.
Prezident İlham Əliyev yeni müəssisənin kollektivinə uğurlar arzuladı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57