17:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
1.4. milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);
1.5. komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):
1.5.1. birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;
1.5.2. ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;
1.5.3. üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2015-ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...
05 fevral 2025, 17:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...
05 fevral 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun...
05 fevral 2025, 15:56Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.
Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...
05 fevral 2025, 15:54Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin...
05 fevral 2025, 14:37Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi...
04 fevral 2025, 17:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...
04 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası İqtisadiyyat...
03 fevral 2025, 15:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...
03 fevral 2025, 15:46Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını...
03 fevral 2025, 15:44