16:38

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dövlətimizin başçısına müqəddəs “Qurani-Kərim” təqdim etdi.
Prezident İlham Əliyev ölkəmizdə ziyarətgahlara, müqəddəs ocaqlara, dini abidələrə göstərilən dövlət qayğısından danışdı.
Prezidentin orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə bağlı Sərəncamı imzalaması və Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılması dövlətin bu işlərə qayğısını bir daha təsdiq edir.
“İmamzadə” kompleksində ötən ilin aprelində başlanmış bərpa işlərini bu ilin sonunadək tamamlamaq nəzərdə tutulur. Kompleksin yerləşdiyi 2,5 hektara yaxın ərazidə 10 min kvadratmetrdən çox asfalt, 4400 poqonometr bəzəkli səki daşları döşənmişdir. Ərazidə uzunluğu 100, eni 15 metr olan kompleks inşa edilir, burada 5 böyük, 36 kiçik günbəz tikiləcəkdir, müasir işıqlandırma sistemi quraşdırılacaqdır. İnşaat işlərində əsasən yerli materiallardan istifadə edilir. Kompleksin keçmiş giriş qapısı tarixi abidə kimi bərpa olunacaqdır.
“İmamzadə”, yaxud “Göy imam” türbəsi 5-ci imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikilmişdir. Bu faktı məqbərənin günbəzinin daxilindəki yazılar da təsdiqləyir.
“İmamzadə” türbəsinin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı məscid, sərdabə və digər türbələrin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi indiyədək qorunub saxlanmışdır. Sonuncu dəfə 1878-79-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edilmiş “İmamzadə” türbəsi sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı.
“İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn dindarların ziyarətgahına çevrilmişdir. Bu dini kompleks Gəncənin qədimliyini sübut etməklə yanaşı, onun İslam aləmindəki yerini və nüfuzunu da göstərir.
Prezident İlham Əliyev İbrahimin məzarını ziyarət etdi, tikinti işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57