09:40

Prezident İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov əvvəlcə dövlətimizin başçısına Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri barədə məlumat verdilər.
Qeyd edildi ki, uzunluğu 91 kilometr olan yolun ikixətli hissəsi 85, birxətli hissəsi isə 4,4 kilometrdir. Qalan 1,6 kilometrlik birxətli yolun tikintisi nəzərdə tutulur. Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur. Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci - Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir. Yolun 55 kilometrdən çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb. İndiyədək 95 min kubmetr torpaq işləri görülüb, 28 dəst yoldəyişən qurğular yeniləri ilə əvəzlənib. Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulur.
Dövlətimizin başçısına Bakı şəhəri-Heydər Əliyev Beynəlxalq Aeroportu dəmir yolu xəttinin layihəsi barədə də məlumat verildi. Uzunluğu 25 kilometr olacaq bu dəmir yolu xətti şəhərdə sərnişin sıxlığının aradan qaldırılmasında mühüm rol oynayacaq.
Sonra Prezident İlham Əliyev yeni elektrik qatarında yaradılan şəraitlə tanış oldu.
“Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş “KISS” markalı elektrik qatarlarının hər birində 4 vaqon var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır. İkimərtəbəli elektrik qatarları birinci Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə metronun “Koroğlu” stansiyası arasında fəaliyyət göstərəcək, sonralar isə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadəyə buraxılacaq. Yeni dəmir yolu xəttində dayanacaqlar nəzərə alınmaqla qatarların orta sürəti saatda 63 kilometr təşkil edəcək.
Qeyd edildi ki, Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olacaq. Bakı-Zabrat-Sumqayıt xətti üzrə isə hazırda qatarlar mənzil başına 1 saat 29 dəqiqəyə çatır. Lakin yenidənqurmadan sonra vaxt fərqi 52 dəqiqəyə enəcək. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra yolun Bakı-Biləcəri-Sumqayıt hissəsində 3 - Keşlə, Biləcəri, Xırdalan və Bakı-Zabrat-Sumqayıt hissəsində isə 5 - “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə tutulur.
Prezident İlham Əliyev qatarı idarə etdi.
Bildirildi ki, sutka ərzində bu dəmir yolu ilə 30-35 min sərnişinin daşınması proqnozlaşdırılır. Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf modelinin bəhrəsidir. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf edərək bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin edib. Odur ki, Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynayır.




















Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın Hök...
05 noyabr 2026, 18:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı ...
05 noyabr 2026, 18:25