İlham Əliyev Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etmişdir

09 fevral 2011, 15:00
İlham Əliyev Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev yenidən qurulmuş Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevin “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2009-cu il 7 oktyabr tarixli Sərəncamına əsasən, həmin ilin noyabrında strateji əhəmiyyəti olan yolun yenidən qurulmasına başlanmışdı. Uzunluğu 53 kilometr olan yol 21 min əhalinin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistan ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirir.

Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, 340 min kvadratmetr asfalt-beton örtük salınmışdır. Yol boyunca çaylar üzərində bir neçə körpü, su keçidi, dayanacaq tikilmiş, 9 körpü əsaslı təmir edilmişdir.

Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması Gədəbəy rayonunun 25 yaşayış məntəqəsinin 12 min sakininin də ilin bütün fəsillərində nəqliyyat vasitələrindən istifadəsini asanlaşdırmış, onlara yetişdirdikləri kənd təsərrüfatı məhsullarını vaxtında bazarlara çatdırmağa imkan yaratmışdır.

Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraitinə, təbii meşə örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə artmışdır. Gələcəkdə turistlər üçün yeni xidmətlərin genişləndirilməsi ilə əlaqədar işlər görülür.

Prezident İlham Əliyevə məlumat verildi ki, inşaat işləri zamanı yolun 39-cu kilometrində tarixi məlum olmayan tunel aşkar edildiyinə görə, həmin yerdə 100 metr hissəyə asfalt örtük salınmamış, arxeloji tədqiqat işlərinin aparılması üçün müraciət edilmişdir. Tədqiqat işləri aparıldıqdan sonra yolun bu hissəsinə də asfalt örtük salınacaqdır.

Yolun yenidən qurulması layihəsi çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da xeyli işlər görülmüşdür. Bundan başqa, sərhədboyu ərazidə hərbçilərin gediş-gəlişini asanlaşdırmaq üçün 26 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilmişdir.

Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev yeni yolda avtomobili idarə etdi, görülən işləri yüksək qiymətləndirdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 21 may 2024
17:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...

21 may 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54