İlham Əliyev Tovuzda mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir

09 fevral 2011, 14:00
İlham Əliyev Tovuzda mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Tovuz şəhərində mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, parkın tikintisinə 2009-cu ilin əvvəllərində başlanmışdı. 10,2 hektar sahəni əhatə edən parkın ərazisində əvvəlcədən 5615 palıd, 1125 şam ağacı olmuşdur. Park salınmağa başlandıqdan sonra yüzlərlə ağac və bəzək kolu əkilmişdir. Burada 30 min kubmetr həcmində torpaq işləri görülmüş, yerli inşaat materialından istifadə edilməklə geniş tikinti-abadlıq işləri aparılmışdır. Parkın ətrafına dekorativ hasar çəkilmiş, 2 yerdə böyük giriş darvazaları tikilmiş, 14 fəvvarə, süni şəlalə yaradılmışdır.

Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmış, gənclərin asudə vaxtının səmərəli təşkili üçün istirahət mərkəzi inşa edilmişdir. 

Ərazidə geniş sahədə çəmənlik salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Parkın Tovuzçay istiqamətində genişləndirilməsi nəzərdə tutulmuşdur. 

Prezident İlham Əliyev parkda aşıq musiqisini dinlədi, ona rayon ictimaiyyəti adından saz hədiyyə edildi.

Sonra Prezident İlham Əliyev rayonda inşa olunan beşulduzlu mehmanxananın layihəsi ilə tanış oldu. Bildirildi ki, 2008-ci ildə inşasına başlanılan mehmanxana üçün Bozalqanlı kəndi ərazisində 5,2 hektar sahə ayrılmışdır. Beşmərtəbəli binada 72 nömrə, üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor zalı və masaj otaqlarından ibarət idman-sağlamlıq mərkəzi olacaqdır. Tikintisi bu ilin mayında başa çatdırılması nəzərdə tutulan mehmanxananın etibarlı su təminatı üçün subartezian quyusu qazılmışdır.

Prezident İlham Əliyev tikinti ilə bağlı tövsiyə və tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 21 may 2024
17:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...

21 may 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54