11:42

Prezident İlham Əliyev Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində süd emalı zavodunun açılışında iştirak etmişdir.
Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdikdən sonra müəssisə ilə yaxından tanış oldu.
Zavodun tikintisi ötən ilin dekabrında başa çatdırılmışdır. “Gilan Holdinq”in sifarişi ilə tikilmiş müəssisənin istehsal sahəsi 3,9 min kvadratmetrdir. Zavodda qatıq, kəsmik, ayran, dovğa, xama və pendir istehsal edilir. Hazırda zavodun emal gücü sutkada 20 tondur. Maksimum güclə işlədikdə isə sutkada 40 ton süd emal etmək mümkündür.
25 nəfərin işlə təmin olunduğu müəssisənin fəaliyyətə başlaması rayonda heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodu südlə təmin etmək üçün rayonda üç qəbul məntəqəsinin açılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev zavodun fəaliyyətini işə salan düyməni basdı.
Dövlət başçısı süd qəbulu, qatıq, kəsmik, dovğa-ayran və pendir sexlərində emal və qablaşdırma prosesini izlədi, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış oldu, hazır pendirin dadına baxdı.
Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını bildirdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57