11:42

Prezident İlham Əliyev Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 36 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni yolötürücülərinin tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. “Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi” layihəsinə uyğun olaraq inşa edilən yolda işlərə ötən ilin avqustunda başlanmışdır. Prezident İlham Əliyevin ölkənin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar çərçivəsində Qazax-Sınıqkörpü avtomobil yolu tikintisi strateji əhəmiyyət kəsb edir.
Yolun yenidən qurulması layihəsinin reallaşdırılması üçün 2007-ci ilin oktyabrında podratçının seçimi üzrə beynəlxalq müsabiqə keçirilmiş, İtaliyanın “Impressa” şirkəti qalib gəlmişdi. 2007-ci il dekabrın 24-də imzalanmış podrat müqaviləsinin dəyəri 36 milyon manatdan çoxdur. Yolun baş subpodratçısı isə “Akkord” şirkətlər qrupudur. Yolun bu hissəsində 736 min kubmetr torpaq işləri görülmüş, 27 min kubmetrdən çox asfalt salınmışdır. İkizolaqlı yolun eni 15 metrdir. Yolda 3 körpü, 8 avtobus dayanacağı inşa edilmişdir.
Bakı-Gürcüstan sərhədi avtomobil yolunun mühüm hissəsi olan bu yol dünya standartları səviyyəsində tikilmiş və əhalinin rahat hərəkəti tam təmin olunmuşdur. İndi Azərbaycandan Gürcüstana və əksinə hərəkət edən yük və sərnişin avtomobillərinin hərəkətindəki bütün maneələr aradan qaldırılmışdır.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi, “Impressa” şirkətinin təmsilçisi Ayroldi Morqan ilə söhbət etdi.
Dövlət başçısı yolla tanış olduqdan sonra tövsiyə və tapşırıqlarını verdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57