İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

24 may 2015, 15:00
İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silva ilə Romadakı son görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin və keçirdiyi görüşlərin məhsuldar və uğurlu olacağına əminliyini ifadə etdi. Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi üçün böyük planların olduğunu dedi. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və bu ölkələrdən yalnız 18-nin buna nail olduğunu vurğuladı. Bu öhdəlikdən sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsini hədəf götürdüklərini qeyd edən Baş direktor Azərbaycanın dünyada buna nail olan 29 ölkədən biri olduğunu vurğulayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin iyununda keçirəcəyi konfransda ölkəmizin bu təşkilatın xüsusi medalı ilə təltif ediləcəyini dedi. O, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin xüsusi ilə region ölkələri üçün yaxşı nümunə olacağını da bildirdi.

Görüşdə Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:02
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral...

07 may 2024, 18:02
SƏNƏDLƏR Qanunlar 07 may 2024
18:00
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda...

07 may 2024, 18:00