Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 may 2015, 20:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2015-ci il.