İlham Əliyev XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub

21 may 2015, 13:00
İlham Əliyev XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına sərgilər barədə məlumat verdi.

Qeyd edək ki, 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunub. Bu sərgilərin yüksək səviyyədə keçirilməsi “Kənd təsərrüfatı ili” ilə bağlı görülən işlərin daha da sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqlar, habelə məhsul və xidmətlər nümayiş olunur. Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Fransa, Ukrayna və digər ölkələrin kənd təsərrüfatı məhsulları və avadanlıqlarının aparıcı istehsalçıları və distribüterləri sərgidə məhsul və xidmətlərini təklif edirlər. Sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə etməklə, yeni məhsullarla tanış olmaq imkanı yaradır.

Bu il XXI Azərbaycan Beynəlxalq qida sənayesi sərgisində iştirak edən şirkətlərin sayı 250-dən artıqdır. Sərgidə balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, qənnadı məmulatları, soyuducu sistemlər və bir çox digər məhsullar təqdim olunur.

Dövlətimizin başçısı “Grand Motors” MMC-nin stendi ilə tanış oldu. MMC 2005-ci ilin sentyabrından fəaliyyət göstərir. Şirkət öz fəaliyyətini Azərbaycan bazarının tikinti və kənd təsərrüfatı sektorlarına yönəldib. “Grand Motors” ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını təşkil edir. Hazırda bu şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Şirkət gətirdiyi texnika və avadanlığın istehsal prosesindən tutmuş, alıcıya çatdırılmasınadək və hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamaq imkanına malikdir. “Grand Motors” həmin texnikaları istehsal etmiş zavodlarda təlim keçmiş yüksək ixtisaslı heyətlə 24 saat operativ, mobil və stasionar servis xidməti də göstərir.

“Grow Group Azerbaijan” şirkəti də sərgidə geniş təmsil olunur. Şirkət istixana avadanlığının satışını və quraşdırılmasını həyata keçirir. Bundan başqa, müştərilərə müasir standartlar səviyyəsində tam avtomatlaşdırılmış plastik və şüşə istixana kompleksləri də təklif olunur. “Grow Group Azerbaijan” 2009-cu ildən ölkəmizdə fəaliyyət göstərir.

Dövlət başçısı Litvanın stendinə baxdı. Litva ilk dəfədir bu sərgidə iştirak edir. Bu ölkə sərgidə 5 şirkətlə təmsil olunur. Şirkətlər əsasən ət və süd məhsulları, kofe, dondurma təklif edirlər. Burada Litvada istehsal edilən dəniz məhsulları da nümayiş olunur.

“Valley” şirkəti sərgidə yeni pilot suvarma sistemi layihələrini, uzaqdan idarəetmə, torpağın tərkibinə görə suvarma sistemləri kimi yeni texnoloji nailiyyətləri nümayiş etdirir. Şirkət ilk dəfədir, sərgidə iştirak edir. Azərbaycanda 14 rayonda 200-dən çox layihə reallaşdıran müəssisə 10 ildir ölkəmizdə fəaliyyət göstərir.

Prezident İlham Əliyev Gürcüstanın stendinə də baxdı. Bu ölkə də sərgidə geniş təmsil olunur. Burada 8 şirkət kənd təsərrüfatı məhsullarını nümayiş etdirir. Onların arasında mineral sular, bal, pendir və digər məhsullar var. İlk dəfədir sərgiyə qatılan Gürcüstanın stendi zənginliyi ilə maraq doğurur.

“Hissimo-Azərbaycan” kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan İsrailin “Hissimo” şirkətinin ölkəmizdəki rəsmi nümayəndəliyidir. Şirkətin fəaliyyətinin əsas məqsədi Azərbaycandakı fermerləri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətləri toxum, gübrə, şitil və mal-qara ilə təchiz etməkdir.

Rusiyanın iri kənd təsərrüfatı texnikaları istehsalçısı olan “Rostselmaş”ın stendində müasir texnikalar nümayiş olunur. Burada taxılbiçən və otbiçən kombaynlar, presləyici və digər kənd təsərrüfatı texnikası var. Şirkətin Kanada və ABŞ kimi ölkələrdə də nümayəndəlikləri fəaliyyət göstərir.

Dövlət başçısı Belarusun stendi ilə də tanış oldu. Belarus müntəzəm olaraq bu sərgidə iştirak edir. Bu il 60-dan çox şirkətin məhsullarının nümayiş etdirildiyi Belarus stendində ət-süd sənayesi, şirniyyat, çörək, qənnadı və digər məhsullar təqdim olunur. Burada, həmçinin iştirakçılara Belarusun elmi institutlarının yeni texnoloji avadanlıqları da nümayiş etdirilir.

Zəyəm Texnologiyalar Parkı ilk dəfədir sərgiyə qatılıb. Şəmkirdə fəaliyyət göstərən texnologiyalar parkının stendində torpaqsız şəraitdə bitkinin yetişdirilməsi, kompyuter sistemi ilə gübrələmə və digər müasir texnoloji yeniliklər təqdim olunur. Nümayiş etdirilən məhsulların hamısı Zəyəm Texnologiyalar Parkında istehsal edilir.

Avstraliyanın “Viktoriya” şirkəti ərzaq və kənd təsərrüfatı məhsulları üzrə dünyanın aparıcı şirkətlərindəndir. Şirkətin istehsal sahəsi Avstraliyanın coğrafi cəhətdən təmiz və əlverişli ərazisində yerləşir. Bu isə, öz növbəsində, yüksək səviyyədə məhsul əldə etməyə imkan verir.

2011-ci ildən fəaliyyət göstərən “Atena” MMC də sərgidə məhsullarını nümayiş etdirir. Müəssisədə istehsal və emal texnologiyaları ən müasir səviyyədə qurulub. “Atena” gün ərzində 400 ton xam südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirir. Ümumilikdə, müəssisə süd və süd məhsulları bazarına 40 növdən çox fərqli məhsul təqdim edir.

“Cemsan” bu sərgidə hər il iştirak edir. Şirkət 30 ildir ki, fəaliyyət göstərir. Stenddə müasir ət kəsimi avadanlıqları nümayiş etdirilir. “Cemsan” ölkəmizdə 12 yerdə müasir ət kəsimi avadanlıqları quraşdırıb.

XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində 39 ölkədən 293 şirkət iştirak edir. Onların 83-ü yerli, 210-u isə xarici şirkətlərdir.

Azərbaycan Prezidenti “Nova Nord Holdinq”in stendi ilə də tanış oldu. Holdinq sərgiyə 20-dən çox şirkətlə qatılıb. Bu holdinqin ölkəmizdə kənd təsərrüfatı üzrə ixtisaslaşmış 5 şirkəti fəaliyyət göstərir. Holdinq Azərbaycana Avropanın məşhur ətlik cinsi olan iribuynuzlu heyvanları idxal edir. “Nova Nord” əsasən Fransadan Limuzin və Şarole, Şotlandiyadan qara və qırmızı Aberdin Anqus, Avstriyadan isə həm ətlik, həm də südlük məşhur Simmental cinslərini fermerlərə təqdim edir.

Dövlət başçısına “Nova Agro” MMC-nin “Abşeron Aqropark” layihəsi barədə məlumat verildi. Bu layihə tam həyata keçirildikdən sonra ölkənin ətlik cins heyvana tələbatının xarici ölkələrdən asılılığına 3-4 il ərzində tamamilə son qoyulacaq. Layihənin əsas məqsədi Azərbaycanda əkinçilik, heyvandarlıq, yem istehsalı, istixanalar və təmiz enerji istehsalını birləşdirərək əlavə dəyəri yüksək olan ixtisaslaşmış bir model yaratmaqdır. “Nova Aquaculture” MMC-nin göl-balıqçılıq təsərrüfatında nərə balıqlarının yetişdirilməsi üzrə təsərrüfatın qurulması üçün şərait yaradılıb. Hazırda şirkətin balıqçılıq təsərrüfatının əsas fəaliyyət funksiyası bu istiqamətdə səmərəliliyi daha da artırmaq üçün müəyyən tədbirlər planını həyata keçirməkdir.

“BMS Aqro” MMC 2013-cü ildə yaradılıb və xırdabuynuzlu damazlıq heyvanların saxlanılması və idxalı ilə məşğuldur. Müxtəlif ölkələrdən gətirilən bu heyvanlar südlük və ətlik cinslər olmaqla məhsuldarlığı ilə seçilir.

“Hilal-Aqro” MMC də ölkəyə ətlik cins olan iribuynuzlu mal-qara və dəvə idxal edir. Cins heyvanların idxalı ilə yanaşı onların kökəldilməsi, kəsimi, daşınması, həmçinin korporativ və pərakəndə formada müştərilərə satışını təşkil edən şirkət məhsullarını “Hilal-Ət” markası ilə təqdim edir. Cəmiyyətin Bakının Kürdəxanı qəsəbəsində iribuynuzlu heyvanların kökəldilməsi təsərrüfatı fəaliyyət göstərir.

Belarusun “Qomselmaş” holdinqi dünyanın müasir kombayn və digər kənd təsərrüfatı texnikası istehsalçılarından biridir. “Qomselmaş” müxtəlif növ taxıl və yem yığan kombaynlar istehsal edir. Onların hamısı iqtisadi cəhətdən səmərəliliyi və müasirliyi ilə seçilir. Şirkət məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac edir.

Sərgidə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi də yeni traktorlarla iştirak edir. Burada Gəncə Avtomobil Zavodunun istehsalı olan 9 müxtəlif model traktor, otbiçən və kotanlar nümayiş olunur. Traktor modellərindən bəziləri ilk dəfə olaraq müəssisə tərəfindən sərgidə təqdim edilir.

Dövlət başçısına Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılacaq Süni Mayalanma Mərkəzi barədə məlumat verildi. Bu layihə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü ildə imzaladığı Sərəncam əsasında həyata keçirilir.

Sonra Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin “Ağdam atçılıq təsərrüfatı” MMC-nin stendinə baxdı. Bu təsərrüfat Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq yaradılır. Layihəyə əsasən kompleksdə tövlələr, nalbənd və sərrac emalatxanası, süni mayalanma laboratoriyası, qapalı və açıq manejlər, məşq qurğusu, atlar üçün qaçış zolağı, gəzinti meydançaları, yem anbarı inşa olunacaq.

Burada, həmçinin “Reynke” şirkətinin kənd təsərrüfatı texnikası nümayiş etdirilir. Tarla suvarması texnikası olan bu avadanlıqlar müasirliyi ilə seçilir. Bu sistem süni yağış yaradır, suvarma zamanı su itkisinə yol vermir və sudan qənaətli istifadəni təmin edir. Bu isə, öz növbəsində, məhsuldarlığın artırılmasına şərait yaradır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:33
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

15 aprel 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:31
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

15 aprel 2024, 14:31
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:29
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

15 aprel 2024, 14:29