Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 may 2015, 20:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Cəfərov Azər Məmməd oğlu
Hüseynov Cavid Ənvər oğlu

“Tərəqqi” medalı ilə

Allahverdiyev Əli Kərim oğlu
Bağırov Anar Ramiz oğlu
Cəfərov Ələddin Adil oğlu
Hüseynov Azər Soltanhəmid oğlu
Kalbalıyev Aslan Kalbalı oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2015-ci il.