16:38

İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin Davosda görüşü olmuşdur.
Bu görüşə böyük əhəmiyyət verdiklərini deyən Azərbaycan və Polşa prezidentləri ölkələrimiz arasında uğurlu əməkdaşlığın davam etdiyini vurğuladılar.
Görüşdə ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında, xüsusilə də “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyəti, o cümlədən Polşanın bu istiqamətdə dəstəyi qeyd olundu.
Dövlət başçısı Azərbaycan ilə Polşa arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Polşa siyasi, iqtisadi və müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.
Dövlət başçıları münasibətlərin bundan sonra da inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi apardılar.
Prezident İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskini Azərbaycana səfərə dəvət etdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57