21:22

Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxdılar.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov görülən işlərlə bağlı məlumat verdi. Qeyd edildi ki, hazırda Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilib. Ötən müddətdə Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.
Dünya idmanında xüsusi yeri olan BMX start xəttindən istifadə edən və maneəli cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür. Ötən əsrin 70-ci illərində əsası qoyulan bu idman növü indi bütün dünyada məşhurdur. 1981-ci ildə Beynəlxalq BMX Federasiyasının təsis olunması, bir il sonra dünya çempionatının keçirilməsi ilə bu idman növünün şöhrəti daha da artıb və hazırda Beynəlxalq Velosipedçilər İttifaqının tərkib hissəsinə çevrilib. 2003-cü ildən isə BMX Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilib və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında təmsil olunub.
Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb. Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.
Azərbaycanda irimiqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərinin əvvəllərinə təsadüf edir. 1980-ci ildə ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində Bakıda dünya standartlarına uyğun və bir çox ümumittifaq yarışlarının keçirildiyi Respublika Velotreki tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmanın bir çox növləri ilə yanaşı, velosiped idmanı da inkişaf etdirilir. Bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının qarşısına ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsi və velosipedçi idmançıların Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlanması ilə bağlı vəzifələr qoyulub. Hazırda Azərbaycanda velosiped idmanı ilə məşğul olan məktəblər, klublar fəaliyyət göstərir. Ölkəmizdə keçirilən velosiped yarışları isə bu prosesin uğurla inkişaf etdiyini və kifayət qədər maraq doğurduğunu bir daha təsdiqləyir. Azərbaycanın artıq 3 ildir fəaliyyət göstərən “Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri 2013-cü ildən Beynəlxalq Velosipedçilər İttifaqının təşkil etdiyi Avropa və Asiya turlarında iştirak edir. Komandanın 12 nəfərdən ibarət üzvü indiyə qədər Xorvatiyada, Fransada və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda uğurlu çıxışlar edib.
Komandanın üzvləri Veloparkda Prezident İlham Əliyevlə görüşərkən ölkədə idmançılar, o cümlədən onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, komandanın üzvləri bu il mayın 6-10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan” veloyürüşündə də fərqləniblər. Paytaxt da daxil olmaqla ölkəmizin 7 bölgəsini əhatə edən və uğurla başa çatan bu yarışda Aleksandr Surutkoviç “Dağ kralı” köynəyini qazanıb, Matey Müqerli üçüncü yeri tutub. Ölkəmizin ən məşhur velosipedçilərindən olan Maksim Averin isə öz çıxışı ilə Rio Olimpiadasına daha 22 reytinq xalı qazanıb.
Prezident İlham Əliyevi salamlayan Aleksandr SURUTKOVİÇ dedi:
-Cənab Prezident, biz idmançılar həmişə Sizinlə fəxr edirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirik. İdmanın bütün növləri kimi, velosiped idmanına da çox böyük dəstək verirsiniz. Çox sağ olun.
Velosipedçiləri qazandıqları uğur münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:
-Mən sizi qələbə münasibətilə təbrik edirəm. Şadam ki, Azərbaycanda idmanın velosiped növü də uğurla inkişaf edir. Gözəl şərait var, veloparklar yaradılır. “Tour d`Azerbaidjan” artıq beynəlxalq idman yarışı kimi dünyada tanınır. Mən bazar günü “Eurosport” kanalı ilə bu yarışları izləmişəm, çox böyük zövq almışam. İlk növbədə ona görə ki, indi bu yarışlar çox maraqlıdır. Eyni zamanda, Bakının gözəlliyini bir daha bütün dünyaya göstərir. Siz də çox böyük uğur qazanmısınız, komanda hesabında birinci yerə layiq görülmüsünüz.
“Tour d`Azerbaidjan” Azərbaycanın bölgələrində də keçirilir və bizim gözəl, mənzərəli yerlər xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir.
Bakı gözəl şəhərdir. Digər şəhərlərimiz də gözəldir. Siz indi gedib görürsünüz. İnsanlar sizi çox səmimi qarşılayırlar. Əlbəttə, mötəbər yarışda qələbə qazanmaq çox böyük uğurdur. Əminəm ki, siz gələcəkdə də Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcəksiniz.
Aleksandr SURUTKOVİÇ: Sizin dəstəyinizlə, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan, Sizə cansağlığı və səadət, xalqınıza sərhədsiz tərəqqi və...
02 aprel 2025, 20:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və ailənizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Mənəvi yüksəliş...
02 aprel 2025, 18:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə və xalqınıza cansağlığı, firavanlıq, xeyir-bərəkət arzu...
02 aprel 2025, 18:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Allah-Taaladan Sizə cansağlığı, xoşbəxtlik və...
02 aprel 2025, 18:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Ramazan bayramı münasibətilə Əfqanıstan İslam Əmirliyi və ölkənin müsəlman xalqı adından Zati-alinizə və...
02 aprel 2025, 18:00Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını...
02 aprel 2025, 16:44Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.
Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost...
02 aprel 2025, 16:37Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri Prezident İlham Əliyev.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan...
02 aprel 2025, 16:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ...
02 aprel 2025, 16:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) adından Zati-alinizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, Sizə xoş...
02 aprel 2025, 16:22Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Sizi, ailənizi və bütün Azərbaycan xalqını Şimali Kipr Türk Cümhuriyyətinin xalqı adından və şəxsən öz adımdan Novruz və Ramazan bayramları...
02 aprel 2025, 16:20