11:02
İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Reyin görüşü olmuşdur
27 yanvar 2011, 18:15
Davosda Prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Reyin görüşü olmuşdur.
İsveçrə Prezidenti xanım Mişelin Kalmi Rey Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmini qeyd etdi. O, İsveçrənin Azərbaycanın müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu bildirdi. Xanım Mişelin Kalmi Rey “Cənub dəhlizi”nin inkişafında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, İsveçrənin Trans-Adriatik boru kəmərinə maraq göstərdiyini və bu layihəni dəstəklədiklərini diqqətə çatdırdı.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın “Cənub dəhlizi”nə daxil olan layihələrə, o cümlədən Trans-Adriatik boru kəməri layihəsinə də dəstək verdiyini dedi.
Azərbaycan Prezidenti İlham Əliyev enerji sahəsində Avropa İttifaqı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi və İsveçrənin “Cənub dəhlizi” layihələrinə maraq göstərməsindən razılığını bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
11:02
10:13
13:18
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...
13 may 2024, 13:1813:16
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...
13 may 2024, 13:1613:14
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...
13 may 2024, 13:1412:58
Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 13 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –...
13 may 2024, 12:5812:57
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...
13 may 2024, 12:5711:40
10:35
12:05
11:20
22:40