16:38

Prezident İlham Əliyev Davosda “TeliaSonera Eurasia” şirkətinin prezidenti Tero Kivisaari ilə görüşmüşdür.
Görüşdə “TeliaSonera Eurasia” şirkəti ilə Azərbaycan arasında fəal əməkdaşlığın qurulduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edildi. Tero Kivisaari onların Azərbaycandakı fəaliyyətini dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bildirildi ki, “TeliaSonera Eurasia” şirkəti Azərbaycanda əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verir.
Görüşdə Azərbaycan ilə “TeliaSonera Eurasia” şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57