İlham Əliyev İsveçrəyə səfərə yola düşmüşdür

26 yanvar 2011, 14:00
İlham Əliyev İsveçrəyə səfərə yola düşmüşdür

Prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə səfərə yola düşmüşdür.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. 

XXX

Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə səfərə gəlmişdir.

Prezident İlham Əliyev Sürixdən Davos şəhərinə yola düşdü.