İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

20 aprel 2015, 16:30
İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş direktor Sergey Çemezov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Sergey Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirildi, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10