İlham Əliyev Məkkədə ümrə ziyarətində olub

07 aprel 2015, 11:30
İlham Əliyev Məkkədə ümrə ziyarətində olub

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi zəvvar libası geyinərək Əl-Həram məscidinə gəldilər.

Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir.

Ziyarətgahın yüksək səviyyəli din xadimləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf etdilər və məsciddə namaz qıldılar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil oldular, burada da namaz qıldılar. 

Bildiyimiz kimi, Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Bu dəfə Kəbənin qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açıldı. Bu da Prezident İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önəmin ifadəsidir. Bu, həm də Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyinin dövlətimizin başçısına olan böyük hörmətinin və dərin səmimi münasibətinin təzahürüdür. 

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni İslam dininin ayinlərinə uyğun olaraq yeddi dəfə qət etdilər.

Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib. Hər il həcc ziyarəti zamanı dünyanın müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır. 

Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə insanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala “Qurani Kərim”in “Al İmran” surəsində belə buyurur: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr, İbrahimin məqamı var”. Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr etdi.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo