İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

24 mart 2015, 19:40

Əlahəzrət,

"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 mart 2015-ci il.