Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

26 fevral 2015, 16:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsin:

Bayramov Rəşid Oruc oğlu

Əliyev Məzahir Təriş oğlu

Əliyeva Kifayət Salman qızı

İbadov Suvar İnayət oğlu

Qədilli Fuad Adil oğlu

Quliyeva Səriyyə Qədir qızı

Vəliyeva Aidə Əlibala qızı

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2015-ci il.