12:37
Hörmətli cənab Çavuşoğlu,
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin...
18 aprel 2025, 12:37
Prezident İlham Əliyev Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Məlumat verildi ki, Heydər Əliyev Parkının yenidən qurulmasına 2014-cü ilin may ayında başlanılıb. Hazırda tikinti işləri sürətlə davam etdirilir. Ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hərtərəfli imkanlar yaradılacaq, yeni yaşıllıq zolaqları salınacaq. Bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin vətəndaşların sosial məsələlərinin həlli, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində atdığı addımlar ardıcıl xarakter daşıyır.
Bu parkın yenidən qurulması, ümumilikdə, ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işlərinin bir hissəsidir. Digər tərəfdən, belə istirahət mərkəzlərinin müasir səviyyədə qurulması, yeni park və xiyabanların salınması şəhər və rayon mərkəzlərinin simasını gözəlləşdirir. Bu baxımdan, Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri şəhərin gözəlliyini daha da artırır, onun simasına müasir elementlər əlavə edir.
Prezident İlham Əliyevə şəhərin Heydər Əliyev prospektində görüləcək işlər, o cümlədən tikintisi nəzərdə tutulan “Mingəçevir Sənaye Parkı” barədə də məlumat verildi. Bildirildi ki, Mingəçevir toxuculuq fabrikinin 15 hektaradək ərazisi Sənaye Parkına veriləcək. Burada yüngül sənaye üzrə müxtəlif istehsal müəssisələrinin yaradılması planlaşdırılır.
Sənaye Parkında mahlıc, iplik, toxuculuq, boyama, tikiş və digər sahələr yaradılacaq, həmin müəssisələrdə 2 mindən çox sakin işlə təmin olunacaq. Yaradılacaq müəssisələrin ilkin dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
“Kür” Mədəniyyət Mərkəzinin layihəsinə baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Kür çayının Mingəçevirdən keçən hissəsinin üzərində körpü inşa olunacaq. Bildirildi ki, şəhərdəki yaşayış binalarının fasadlarında, o cümlədən Heydər Əliyev prospektindəki keçiddə də son vaxtlar geniş yenidənqurma işləri aparılıb.
Dövlət başçısı işlərin yüksək səviyyədə yerinə yetirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.
Hörmətli cənab Çavuşoğlu,
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin...
18 aprel 2025, 12:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...
17 aprel 2025, 16:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...
17 aprel 2025, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...
17 aprel 2025, 16:54Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...
17 aprel 2025, 16:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...
17 aprel 2025, 16:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...
17 aprel 2025, 16:48Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
17 aprel 2025, 16:46Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının...
17 aprel 2025, 16:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...
17 aprel 2025, 16:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...
17 aprel 2025, 16:40