“1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 fevral 2015, 19:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinin qeyd edilməsinə hazırlıq barədə” Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2012-ci il 5 dekabr tarixli Qərarında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tövsiyəyə uyğun olaraqqərara alıram:

1. “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2015-ci il Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2015-ci il.

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 23 fevral tarixli Sərəncamı

ilə təsdiq edilmişdir

 



1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə

hazırlıq və yubileyin qeyd olunması üzrə

Tədbirlər Planı

 
Tədbirin adı
İcraçılar
İcra   müddəti
1.
Azərbaycan Respublikasının şəhər və rayonlarında, dövlət qurumlarında         1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin təntənəli qeyd edilməsi
yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları
 (veteran təşkilatları cəlb edilməklə)
aprel-may
2015
 
2.
Xatirə komplekslərinin ziyarət edilməsi
yerli icra hakimiyyəti orqanları (veteran təşkilatları cəlb edilməklə)
may 2015
3.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Bakı şəhərində müharibə veteranlarının, arxa cəbhə zəhmətkeşləri nümayəndələrinin iştirakı ilə təntənəli yığıncağın keçirilməsi
 
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
 may 2015
4.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində keçiriləcək hərbi paradda respublika nümayəndələrinin iştirakının təmin edilməsi
 
Müdafiə Nazirliyi,
Maliyyə Nazirliyi (Respublika Veteranlar  Təşkilatı cəlb edilməklə)
may 2015
5.
 
 
1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, tibb işçilərinin müstəsna roluna dair elmi konfransların, simpoziumların keçirilməsi
Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyəti
 (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
2015 
6.
Kütləvi informasiya vasitələrində 1941-1945-ci illər müharibəsinə və bu müharibədə  qələbəyə həsr edilmiş məlumatların yayılması, silsilə teleradio verilişlərinin təşkili, sənədli və bədii filmlərin nümayişi
 
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, dövlət mətbuat orqanları
 
2015
7.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş sənədlərin, plakatların, fotomaterialların, əsərlərin, əşyaların sərgisinin təşkil edilməsi
 
 
Müdafiə Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
aprel-may
2015
 
8.
1941-1945-ci illər müharibəsinə və həmin müharibədə qələbəyə  həsr edilmiş əsərlərin, kitabların sərgisinin təşkil  edilməsi
 
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi
 
2015
 
9.
Təhsil müəssisələrində 1941-1945-ci illər müharibəsi iştirakçıları ilə görüşlərin keçirilməsi
Təhsil Nazirliyi
(Respublika Veteranlar   Təşkilatı cəlb edilməklə)
2015
10.
Təhsil müəssisələrində 1941-1945-ci illər müharibəsinə  həsr olunmuş vahid dərsin (günün) keçirilməsi
 
Təhsil  Nazirliyi
2015-ci ilin dekabr ayınadək
11.
1941-1945-ci illər müharibəsi veteranları və gənclər cəlb edilməklə, 1941-1945-ci illər müharibəsinin mühüm hadisələrinə həsr olunmuş görüşlərin keçirilməsi, gənclərin  xatirə komplekslərinə ziyarətlərinin təşkili
Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
2015
12.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar hərbi hissələrdə  müharibə veteranları ilə görüşlərin təşkil edilməsi
 
Müdafiə Nazirliyi
 (Respublika Veteranlar  Təşkilatı  cəlb edilməklə)
mart-may
2015
13.
Müharibə veteranlarının iştirakı ilə        1941-1945-ci illər müharibəsinə həsr edilmiş “dəyirmi masa”ların, bədii proqramların, görüşlərin təşkili
 
Mədəniyyət və Turizm Nazirliyi
(Respublika Veteranlar  Təşkilatı  cəlb edilməklə)
2015
14.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş idman tədbirlərinin keçirilməsi
 
Gənclər və İdman  Nazirliyi
2015
15.
“1941-1945-ci illər müharibəsində qadınların rolu” mövzusunda beynəlxalq elmi-təcrübi  konfransın təşkil edilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası
(Respublika Veteranlar   Təşkilatı cəlb edilməklə)
aprel 2015
16.
“1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında  alimlərin rolu” mövzusunda beynəlxalq konfransın təşkil edilməsi
 
Azərbaycan Milli Elmlər Akademiyası
(Respublika Veteranlar    Təşkilatı cəlb edilməklə)
aprel 2015
17.
Daxili   işlər  orqanlarında   çalışmış           1941-1945-ci illər müharibəsi iştirakçılarına həsr olunmuş “Onlar vətənə xidmət etmişlər” adı  ilə dərc olunmuş kitablar və digər nəşrlərin MDB iştirakçıları olan ölkələrin  daxili  işlər nazirlikləri  ilə qarşılıqlı mübadiləsi tədbirlərində iştirakın təmin  edilməsi
 
Daxili İşlər Nazirliyi (veteranlar təşkilatları cəlb edilməklə)
2015
18.
1941-1945-ci illər müharibəsində eyni hərbi hissədə xidmət etmiş veteranlar üçün təşkil olunmuş telekörpüdə respublika  veteranlarının iştirakının təmin edilməsi
 
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (veteranlar təşkilatları cəlb edilməklə)
2015
19.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş sərhəd mahnılarının beynəlxalq festivalında  iştirak  edilməsi
 
Dövlət  Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi (Azərbaycan Bəstəkarlar  İttifaqı cəlb edilməklə)
oktyabr-noyabr
2015
 
20.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş “Vivat Pobeda! ” əsgər mahnıları beynəlxalq  festivalında iştirakın təmin edilməsi
 
Müdafiə  Nazirliyi, Mədəniyyət  və Turizm  Nazirliyi
aprel-may
2015
 
21.
Moskva  şəhərində 1941-1945-ci illər müharibəsinə və həmin müharibədə qələbənin 70 illiyinə həsr olunmuş  ikinci beynəlxalq elmi-təcrübi  konfransda iştirak edilməsi
 
Azərbaycan Milli Elmlər  Akademiyası
aprel 2015
22.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində  tarixçilərin təşkil etdiyi beynəlxalq məktəbin işində iştirak edilməsi
 
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil  Nazirliyi
mart-iyun
2015
 
23.
1941-1945-ci illər müharibəsi ilə əlaqədar olan  xatirə yerlərinin (təxliyə hospitallarının, qəbiristanlıqların, memorialların, abidələrin) pasportlaşdırılması və onun elektron variantının yaradılması işinin başa çatdırılması
 
Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyətləri orqanları (veteranlar  təşkilatları cəlb edilməklə)
2015
24.
Hərbi qəbiristanlıqların, memorial və xatirə komplekslərinin  abadlığının təmin edilməsi,  9 may günü ərəfəsində onlara baxış keçirilməsi
yerli icra hakimiyyəti orqanları 
mütəmadi
25.
1941-1945-ci illər müharibəsində həlak olmuş və ya itkin düşmüş döyüşçülərin  xatirələrini əbədiləşdirən “Xatirə Kitabı”nın nəşrinin davam etdirilməsi
 
Mədəniyyət və Turizm Nazirliyi
 
2015
26.
1941-1945-ci illər müharibəsi  iştirakçıları barədə məlumat bazasının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi
 
Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu (veteranlar təşkilatları cəlb edilməklə)
mütəmadi
27.
1941-1945-ci illər müharibəsində  qələbənin 70 illiyinə həsr edilmiş dövlət poçt ödənişi nişanlarının – poçt markalarının, zərflərin və təbrik açıqcalarının  buraxılması
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2015
28.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi dövründə 1941-1945-ci illər müharibəsi veteranlarının şəhərlərarası və beynəlxalq telefon danışıqlarından istifadə etmələrinə  şərait  yaradılması
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
25 aprel -
10 may 2015
 
29.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin  qeyd  edilməsi  günlərində      1941-1945-ci illər müharibəsi veteranlarının  və onları müşayiət edən şəxslərin nəqliyyat  vasitələrindən ödənişsiz istifadəsinin təmin edilməsi (taksidən başqa)
 
Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
 
3-12 may  2015
 
30.
Növbədə dayanan 1941-1945-ci illər müharibəsi əlillərinin xüsusi avtonəqliyyatla təmin edilməsi
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
aprel-may
2015
 
31.
1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının  yubileylərinin  təşkil edilməsi
yerli icra hakimiyyəti orqanları 
(veteranlar təşkilatları cəlb edilməklə)
 
mütəmadi
32.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına,  arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi
 
Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
may 2015
 
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10