İlham Əliyevin keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub

06 fevral 2015, 22:22
İlham Əliyevin keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub

Prezident İlham Əliyevin Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu. 

Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. 

gallery-photogallery-photo