İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri başa çatmışdır

18 yanvar 2011, 17:45
İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Prezident İlham Əliyevi Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün dövlətimizin başçısı Vətənə qayıtdı.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar. 

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10