Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcudluğu bildirildi.
Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.