İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin görüşü olub

21 yanvar 2015, 23:20
İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin görüşü olub

Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin görüşü olub.

Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel bu səfəri ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəmli səfər kimi dəyərləndirdi. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən xanım Kansler ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynadığını bildirdi. Angela Merkel Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını diqqətə çatdırdı. 

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi, danışıqların hazırkı prosesi barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev xeyli sayda alman şirkətinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində fəal iştirakını məmnunluqla qeyd etdi, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq bu münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. 

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55