İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində beton məmulatı zavodunun açılışında iştirak edib

13 yanvar 2015, 21:30
İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində beton məmulatı zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilmişdi. Bununla əlaqədar, ötən il sənayeləşmə siyasəti çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi.

Belə tədbirlərdən biri də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, dövlətin güzəştli kreditləri hesabına tikinti materialları müəssisələrinin ən müasir texnologiya və avadanlıq əsasında yaradılmasıdır. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 186 milyon manat olan 18 tikinti materialları istehsalı müəssisəsinin yaradılmasına, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 70 milyon manat güzəştli kredit verilib.

Xarici ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş 14 müəssisə artıq fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti materialları istehsalına imkan yaradıb. Müasir texnologiyaların tətbiqi, eyni zamanda, tikinti sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətə və idxalın əvəz edilməsinə səbəb olur. Respublikada ilk dəfə olaraq ən müasir avadanlıqla təchiz edilmiş və böyük istehsal gücünə malik beton məmulatı zavodu Sumqayıt şəhərində inşa edilib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, 11 min kvadratmetr istehsal sahəsi olan və inzibati binadan ibarət zavodun ümumi dəyəri 17,6 milyon manatdır. Müəssisənin qurulmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 500 min manat güzəştli kredit ayrılıb. Tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton borular və döşəmə daşları ilə təmin edilməsi məqsədilə zavod dünyanın ən aparıcı şirkətlərinin son texnologiyaları əsasında qurulub.

Prezident İlham Əliyev zavodu işə saldı.

Ümumilikdə, 7 istehsal sahəsindən ibarət bu zavod avadanlığın sayına və həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir. Dəzgahlar 8 saatlıq iş rejimində, diametrindən asılı olaraq 17-32 boru istehsal etmə gücünə malikdir. Bu da ayda 10-12 min metr beton boru istehsalı deməkdir. Boruların qəlibdən çıxarılması üçün 40 tona qədər yük qaldıra bilən 12 körpülü kran quraşdırılıb. Respublikada ilk dəfə bu zavodda termoyağlı boru istehsal xətləri tətbiq edilib.

İstehsal prosesi tam avtomatlaşdırılmış zavodda döşəmə daşları da istehsal olunur. İllik istehsal gücü 140 min metr müxtəlif diametrli beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına səbəb olur. Bu isə öz növbəsində məhsulun maya dəyərinin daha aşağı olmasına imkan verir. Nəticədə istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli beton məmulatı təqdim edilməsi mümkündür. Müəssisədə ümumilikdə 200-dək yeni iş yeri yaradılıb. Burada ofis binası, istehsalı idarəetmə mərkəzi, 150 nəfərlik yeməkxana da var.

Zavodda istehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün xüsusi nəqliyyat vasitələri alınıb. Müəssisənin avtotexniki parkında yükünü özüboşaldan 10 avtomaşın, 10 betonqarışdıran, 2 avtoyükləyici və 4 müxtəlif tonnajlı avtokar var.

Müəssisənin fəaliyyəti ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 mart 2025
12:49
Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...

12 mart 2025, 12:49
SƏNƏDLƏR Sərəncamlar 12 mart 2025
12:46
“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

12 mart 2025, 12:46
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:18
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...

11 mart 2025, 16:18
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:16
“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...

11 mart 2025, 16:16
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:14
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...

11 mart 2025, 16:14
SƏNƏDLƏR Qanunlar 11 mart 2025
16:12
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...

11 mart 2025, 16:12