27 dekabr 2014, 11:00

Rafael Şıxməmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident! 

Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və ailəm adından səmimi qəlbdən təbrik edirəm. 24 dekabr tarixi bizim üçün ikiqat bayramdır. Çünki talassemiya xəstəliyindən əziyyət çəkən oğlum Fərid də 2010-cu ilin bu günündə anadan olub. Bu il noyabrın 17-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə yaradılmış Talassemiya Mərkəzində Fərid balamıza öz qardaşından sümük iliyi köçürüldü. Fürsətdən istifadə edərək, əməliyyatın uğurla həyata keçirilməsində göstərdiyiniz dəstəyə görə Sizə, Mehriban xanıma və Leyla xanıma ailəm adından dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Şıxməmmədov Rafael Davud oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.