Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə

24 noyabr 2014, 18:20

Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi davam etdirəcəyik. 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm. 

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 noyabr 2014-cü il.