Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

31 oktyabr 2014, 21:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №8, maddə 631; 2010, №12, maddə 1064; 2011, №2, maddə 85; 2012, №4, maddə 283, №10, maddə 949; 2013, № 6, maddə 630) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci hissə üzrə:
1.1. 8.17-ci bənddə “əmlakı” sözü “dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilsin;
1.2. 8.21-ci bənddə “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.
2. 9-cu hissə üzrə:
2.1. 9.13-cü bənddə “əvəzsiz qaydada” sözləri “, onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə” sözləri ilə əvəz edilsin və həmin bənddən “, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsini təsərrüfat subyektinə qaytarmaq” sözləri çıxarılsın;
2.2. 9.14-cü bənd ləğv edilsin;
2.3. 9.19-cu bənddə “nəzarətini həyata keçirən dövlət müfəttişinin qərar və yazılı göstərişlərini” sözləri “nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri” sözləri ilə əvəz edilsin;
2.4. 9.32-ci bənddə “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2014-cü il.