İlham Əliyev Almaniyanın xarici işlər üzrə federal nazirini qəbul edib

23 oktyabr 2014, 13:00
İlham Əliyev Almaniyanın xarici işlər üzrə federal nazirini qəbul edib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.

Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğuladı.

Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırladı, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd etdi. O, Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirdi.

gallery-photogallery-photo