12:15

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış oldular.
Dövlət başçısının enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tam ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu vəzifələrin icrası uğurla davam etdirilir. Əvvəllər ölkədə mövcud olan enerji problemləri dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən, müvafiq dövlət proqramları çərçivəsində bölgələrdə yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası nəticəsində tamamilə aradan qaldırılır. Bu da yeni generasiya güclərinin əldə olunmasına yol açır. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar və paylayıcı qurğular əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır. Bu mənada 330 kilovoltluq yeni “Goranboy” paylayıcı elektrik məntəqəsi bölgə üçün mühüm əhəmiyyət kəsb edəcək.
“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, bu layihə üzrə “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir. “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə “İmişli” yarımstansiyası arasında hava xəttinin çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı “Mingəçevir” və 5-ci “Mingəçevir” hava xətləri giriş-çıxışla paylayıcı məntəqəyə birləşdirilib. Burada müasir elektrik avadanlıqları quraşdırılıb.
Qeyd edək ki, bu infrastruktur layihəsi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı üzrə 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Görülən işlərin əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu infrastruktur layihəsinin həyata keçirilməsi “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Goranboy” paylayıcı elektrik məntəqəsi, “İmişli” yarımstansiyası, “Şirvan” Elektrik Stansiyası, “Abşeron” yarımstansiyası arasında enerji sistemində ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına və qonşu İran İslam Respublikası ilə enerji mübadiləsinin həcminin artırılmasına imkan verəcək. Müvafiq sxem dəyişikliyi etmək və avtotransformator quraşdırmaqla, paylayıcı məntəqəni yarımstansiyaya çevirmək mümkündür. Gələcəkdə belə sxem dəyişikliyinin aparılması, işğaldan azad olunacaq ərazilərin elektrik enerjisi ilə təchizatının bu paylayıcı məntəqənin yarımstansiyasından həyata keçirilməsi nəzərdə tutulub. “Goranboy” paylayıcı elektrik məntəqəsinin ərazisi 15 hektardır. Burada 18 nəfər daimi işlə təmin olunacaq. Paylayıcı məntəqənin ərazisində abadlıq işləri də aparılıb, geniş yaşıllıq salınıb.
Əlahəzrət,
Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş...
23 fevral 2025, 11:52Hörmətli cənab Prezident.
Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından...
23 fevral 2025, 11:50Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və...
23 fevral 2025, 11:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin...
21 fevral 2025, 16:00Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 21 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Mülki...
21 fevral 2025, 13:08Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mülki aviasiyada idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən fəaliyyətin optimallaşdırılması...
21 fevral 2025, 13:072025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu...
21 fevral 2025, 13:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanının...
20 fevral 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...
20 fevral 2025, 12:47