Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 sentyabr 2014, 19:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər Sumqayıt şəhərinin 65 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əliyev Rüstəm Məhərrəm oğlu
Əliyeva Xanım Əliabbas qızı
Ənsərov Vəzirxan Nəbi oğlu
Qarayev Sahib Səhyəddin oğlu
Rüstəmov Etibar Fəyyaz oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2014-cü il.