İlham Əliyev birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub

11 sentyabr 2014, 17:20
İlham Əliyev birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə və regionda ilk dəfə keçirilən Beynəlxalq müdafiə sənayesi – “ADEX 2014” sərgisi ilə tanış olub. 

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkə həyatının bütün istiqamətlərində, o cümlədən ordu quruculuğu sahəsində son illərdə mühüm nailiyyətlər əldə olunub. Bu sırada dövlət başçısının Sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti mühüm yer tutur. Nazirliyin tabeliyinə verilən müəssislərdə qısa müddətdə yenidənqurma işlərinin aparılması, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqların alınıb quraşdırılması Ali Baş Komandanın bu sahənin inkişafına verdiyi önəmi bir daha göstərir. İndiyədək bu müəssisələrdə müxtəlif istehsal sahələri yaradılıb və bu sahələr Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin olunmasına geniş imkanlar açıb. Görülən işlərin nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır. Müdafiə Sənayesi Nazirliyi bu günədək 15-dən artıq beynəlxalq sərgidə iştirak edib. 

Beynəlxalq müdafiə sənayesi sərgisi isə bu il ilk dəfə Azərbaycanda keçirilir. Əgər Azərbaycan ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunurdusa, “ADEX 2014”də 168 adda məmulat nümayiş etdirir. Bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilib. Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilib. Sərginin keçirilməsi ideyası son illərdə müdafiə sənayesi sahəsində əldə olunan uğurlarla sıx bağlıdır. Təsadüfi deyil ki, bütün sənaye sahələrində müşahidə olunan inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda aparıcı fiqur və strateji tərəfdaşa çevrilib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Həmçinin Azərbaycanın hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirib. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı da sürətlə genişləndirir.

Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevə sərgi barədə məlumat verdi. Bildirildi ki, Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığını və əhəmiyyətini sübut edir. 

Dövlət başçısı əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin stendinə baxdı. 

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması müstəqillik illərində Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlərin mühüm tərkib hissəsini təşkil edir. Hazırda Müdafiə Sənayesi Nazirliyi hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsulların istehsalı üzrə fəaliyyət göstərir. Nazirliyin tabeliyində 5 istehsalat birliyi və 2 elmi tədqiqat institutu var. Eyni zamanda, nazirlik mövcud qanunvericilik çərçivəsində və beynəlxalq hüquq normalarına riayət edərək istehsal olunan məhsulların xarici ölkələrə ixracını həyata keçirir. Hazırda nazirlik dünyanın bir sıra qabaqcıl ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edərək müxtəlif müdafiə təyinatlı məhsulların istehsalı istiqamətində layihələr icra edir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, hazırda Azərbaycan Ordusunun təchizatında ölkəmizdə istehsal olunan məhsullar mühüm rol oynayır. 

Dövlət başçısı sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında da oldu. 

Fransanın dəniz müdafiəsi üzrə dünyada lider şirkətlərindən olan “DCNS Group” şirkəti dənizçiliklə bağlı tikinti sahələrində və hərbi dəniz bazaları üçün xidmət şəbəkəsi yaradır. 

Türkiyə bu sərgidə bir neçə şirkətlə təmsil olunur. Məsələn, “Roketsan” şirkəti sistem mühəndisliyi vasitəsilə sifarişçi tələbləri əsasında müəyyən edilən və fərdi tələbatlara uyğunlaşdırılan sistemlərin layihələndirilməsi və istehsalı ilə məşğuldur. 

1975-ci ildən fəaliyyətdə olan “Aselsan” şirkəti isə hərbi rabitə, radar, radioelektron, elektro-optik, naviqasiya və aviasiya elektron avadanlıqları, silah, çoxfunksiyalı məlumat idarəetmə sistemi və digər yüksək texnologiyalar təklif edir. 

Ukraynanın “Ukroboronprom” Dövlət Konserni də bu sərgidə yüksək səviyyədə iştirak edir. Ukrayna hərbi-sənaye kompleksinə daxil olan 134 müəssisəni özündə birləşdirən şirkət hərbi və xüsusi təyinatlı məhsulların ixracı və idxalı ilə məşğuldur. 

Polşanın pavilyonu da təklif olunan məhsulların zənginliyi ilə seçilir. Bu ölkənin “Armaments Group” şirkətlər qrupu müdafiə vasitələrinin istehsalı üzrə ən böyük müəssisələrdən biridir və hazırda milli təhlükəsizlik sisteminin və bütün Polşa iqtisadiyyatının inkişafında mühüm rol oynayır. 

Sərginin özəlliyini artıran mühüm amillərdən biri də burada Azərbaycanın tarixinə, xüsusilə də ölkəmizdə ordu quruculuğunun şanlı keçmişinə böyük diqqətlə yanaşılmasıdır. Azərbaycan Tarix Muzeyinin silahlar və bayraqlar fondunun zəngin ekspozisiyasının sərgidə nümayiş etdirilməsi bir daha qəhrəmanlar diyarı olan ölkəmizdə böyük ordu ənənələrinin olduğunu təsdiqləyir.

İsrail şirkətləri də Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində yüksək səviyyədə təmsil olunur. Bu ölkənin “Plasan” şirkəti taktiki döyüş maşınları, təyyarələr, vertolyotlar və fərdi mühafizə üçün texnika, “Rafael” şirkəti isə hava, quru, dəniz və kosmosda istifadə üçün yüksək texnologiyalı müdafiə sistemlərinin geniş çeşidini təklif edir. “Israel Weapon Industries” şirkəti də öz məhsulları ilə maraq doğurur.

Belarus sərgidə 7 şirkətlə təmsil olunur. “AGAT-Control Systems” şirkətinin istehsal etdiyi məhsullar quru qoşunları, hərbi hava qüvvələri və hava hücumlarından müdafiə üzrə döyüşün idarə edilməsi sistemlərinin istehsalı ilə məşğuldur. Bu ölkənin sərgidə iştirak edən digər şirkətləri də müdafiə sənayesi üzrə yüksək texnologiyaları təqdim edirlər.

Sərginin əsas iştirakçılarından biri də Rusiyadır. Bu ölkə “ADEX 2014”ə 14 şirkətlə qatılıb. “Rosoboronexport” dünya silah bazarının liderlərindən biridir və Rusiyanın illik silah satışının 80 faizini təmin edir. Dünyanın 70-dən çox ölkəsi ilə hərbi-texniki əməkdaşlıq edən Rusiyanın sərgidə təmsil olunan digər şirkətləri də müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullarını nümayiş etdirirlər.

Cənubi Afrika Respublikasının “Paramount” şirkəti müdafiə və təhlükəsizlik üzrə innovasiya sahəsində dünya lideridir. Azərbaycan ilə sıx əməkdaşlıq quran şirkət bütün dünyada müdafiə, daxili təhlükəsizlik və sülhməramlı qüvvələr üçün ən müasir texnika, cihaz və zirehli maşınlar istehsal edir.

Sərgiyə 6 şirkətlə qatılan Çin də müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullarını nümayiş etdirir. Bu ölkənin “CETC” şirkəti əsasən elektron komponentlərin və elektron avadanlıqların istehsalı ilə məşhurdur. Dünyanın 100-dən çox ölkəsində iş quran şirkət hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.

Fransanın Qərbi Avropada nüfuzlu müdafiə sənayesinə malik “MBDA” şirkəti bütün növ silahlı qüvvələrdə idarə olunan raket sistemləri üzrə genişçeşidli komplekslərin yaradılması ilə məşhurdur. 

Sərgi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilən ən son model tapança hədiyyə edildi. 

Sonra dövlətimizin başçısı sərginin Baku Expo Mərkəzinin həyətində təşkil olunan digər hissəsinə baxdı. Burada əsasən çöl-səhra şəraitində, hərbi hava qüvvələrində istifadə olunan texnika, silah-sursat nümayiş etdirilir. 

Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Sərgiyə 37 şirkətlə qatılan Azərbaycan irimiqyaslı ekspozisiyası ilə fərqlənir. Bu sərgiyə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir. 

Beləliklə, Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından səmərəli meydandır. Bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda müdafiə sənayesinin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da töhfə verəcək. 

Sərgi çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçiriləcək konfransda müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq. Ümumilikdə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak edəcəklər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34