Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə qəbul təşkil edilmişdir

22 dekabr 2010, 22:41
Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə qəbul təşkil edilmişdir

İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə dekabrın 22-də İstanbulun “Dolmabaxça” sarayında Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından qəbul təşkil edilmişdir. 

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.