İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur

22 dekabr 2010, 22:00
İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur

İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur. 

Görüşdə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıldı. 

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.