Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova

01 sentyabr 2014, 18:30

Hörmətli İslam Abduqəniyeviç, 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Özbəkistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Sizin rəhbərliyinizlə dünya birliyində layiqli yer tutan qardaş Özbəkistan ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafı yolu ilə inamla irəliləyir. 

Bizim xalqlarımızı tarixin sınağından çıxmış ümumi mənəvi və mədəni dəyərlər, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı əlaqələr bundan sonra da xalqlarımızın əsas mənafelərinə cavab verəcək, ölkələrimizin daha da inkişaf etməsinə və firavanlaşmasına hərtərəfli kömək edəcəkdir.

Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram. 

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 avqust 2014-cü il.