Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Donald Tuska

01 sentyabr 2014, 17:50

Hörmətli cənab Baş nazir,

Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə və hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.

İnanıram ki, Azərbaycanın Avropa İttifaqının bütün strukturları ilə əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 sentyabr 2014-cü il.