İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə

11 avqust 2014, 16:00

Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 avqust 2014-cü il.