İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub

25 iyul 2014, 16:30
İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.

Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini möhkəmləndirməkdədir. Respublikamızda bütün sahələrdə islahatlar ildən-ilə daha da dərinləşir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial-infrastruktur layihələri bütün sahələri əhatə edir.

Son illər Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlarda maliyyə, vergi və bank sektorlarının da xüsusi payı var.

Dünyada iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, respublikamızda hərtərəfli düşünülmüş siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişaf təmin olunur. Ölkəmizin strateji valyuta ehtiyatları artır, milli valyutamızın məzənnəsi sabitdir, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini daha da artırır. Ötən illərdə “Büdcə sistemi haqqında” qəbul edilən Qanun mütəmadi olaraq təkmilləşdirilir. Respublikamızda beynəlxalq standartlara cavab verən xəzinədarlıq sistemi formalaşdırılıb. Uğurlu sosial-iqtisadi və düzgün büdcə-vergi siyasəti nəticəsində son 12 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb. Son illər bütün strukturlarda olduğu kimi, Maliyyə Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, nazirliyin tabeliyində olan bütün inzibati binaların müasirləşdirilməsi və səmərəli fəaliyyət üçün hərtərəfli iş şəraitinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Maliyyə Nazirliyinin 35 rayon və ya şəhər maliyyə idarəsi, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin Bakı şəhəri üzrə 5 xəzinədarlıq idarəsi üçün yeni inzibati binalar tikilib, 17 yerli maliyyə orqanının binası əsaslı təmir edilib, ən müasir texnologiya və avadanlıqla təchiz olunub. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən, Maliyyə Nazirliyinin fəaliyyətində modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün elektron xidmətlərin geniş tətbiqi diqqət mərkəzindədir. Ümumilikdə, Prezident İlham Əliyevin “Dövlət məmuru xalqın xidmətçisidir” fikirlərini fəaliyyətində əsas götürən Maliyyə Nazirliyinin kollektivi işini beynəlxalq standartlara və günün tələblərinə uyğun qurmaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəmir.

Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verdi.

Qeyd edildi ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası istismara yararsız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırığına əsasən paytaxtın ən gözəl və tarixi guşələrindən birində Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olundu. Bina Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Əsas girişdə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binanın akt zalı da müasirliyi ilə diqqəti cəlb edir. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Nazirliyin ekspozisiyalarının zənginliyi ilə seçilən muzeyində Azərbaycanın maliyyə sisteminin keçdiyi tarixi inkişaf yolu mərhələlər üzrə təqdim edilir.

Muzeydə ölkəmizin qədim əsginasları, müasir maliyyə sektorunun formalaşdırılması istiqamətində ilkin tədbirlər, respublikamızın maliyyə sisteminin ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə keçdiyi zəngin inkişaf yolu, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, büdcə, xəzinədarlıq, sığorta və digər sahələrdə tətbiq edilən yeniliklər, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələri geniş əksini tapıb.

Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış oldu.

Maliyyə Nazirliyinin bütün strukturlarının və tabeliyindəki təşkilatların mərkəzi aparatla birgə yeni inzibati binada yerləşməsi vahid mərkəzdən və daha operativ idarəetməni təmin etməyə imkan verəcək, əməkdaşların iş əmsalını və məsuliyyətini daha da artıracaq.

Nazirliyin kitabxanası zəngin fondu, ən müasir texnologiya və avadanlıqla təchizatı baxımından diqqəti cəlb edir.

Dövlət başçısı Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olundu. Qeyd edildi ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.

Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə də məlumat verildi.

Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:16
X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada...

07 avqust 2026, 13:16
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:15
İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında...

07 avqust 2026, 13:15
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:14
İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri...

07 avqust 2026, 13:14
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:13
X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən...

07 avqust 2026, 13:13
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:12
N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                   

Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında...

07 avqust 2026, 13:12
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:11
A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                          

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və...

07 avqust 2026, 13:11
SƏNƏDLƏR Fərmanlar 07 avqust 2026
13:05
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan...

07 avqust 2026, 13:05
SƏNƏDLƏR Fərmanlar 07 avqust 2026
12:53
“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr...

07 avqust 2026, 12:53
SƏNƏDLƏR Fərmanlar 07 avqust 2026
12:51
“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

07 avqust 2026, 12:51
SƏNƏDLƏR Qanunlar 07 avqust 2026
12:50
“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan...

07 avqust 2026, 12:50