Malayziyanın Baş naziri Zati-aliləri cənab Dato’ Sri Mohd Nacibə

18 iyul 2014, 17:00

Hörmətli cənab Baş nazir,

“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 iyul 2014-cü il.