17 iyun 2014, 16:00

Nəzəralı Qədirov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızın hər yerində olduğu kimi Salyan rayonunda da aparılan tikinti-quruculuq və abadlıq işləri yerli sakinlər tərəfindən yüksək qiymətləndirilir. Bundan qürur və iftixar hissi duyuruq. Ulu öndərimiz Heydər Əliyevin Salyana olan məhəbbəti bu gün Sizin sayənizdə rayonumuzda görülən işlərdə özünü biruzə verir.

Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında 2014-cü il 11 iyun tarixli Sərəncamınız bunun bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından Sizə minnətdarlığımızı bildirir, cansağlığı və ölkəmizin firavan gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Qədirov Nəzəralı Bəybala oğlu
Orucov Ağahüseyn Qurban oğlu
Xəlilov Şərbət Sərhəd oğlu
Abasov Zaur Əfsərağa oğlu və başqaları

Azərbaycan Respublikası, Salyan rayonu.