Yunanıstanda İlham Əliyevin şərəfinə dövlət naharı verilmişdir

16 iyun 2014, 23:55
Yunanıstanda İlham Əliyevin şərəfinə dövlət naharı verilmişdir

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir.

Mərasim Azərbaycanın və Yunanıstanın dövlət himnlərinin səslənməsi ilə başladı.

Naharda çıxış edən Yunanıstan Prezidenti Karolos PAPULYAS Azərbaycan dövlətinin başçısını bir daha Afinada salamladı və bu səfərin ikitərəfli münasibətlərin bütün istiqamətlərini daha da dərinləşdirməyə xidmət edəcəyini bildirdi. “Bizim danışıqlar bir daha qarşılıqlı inam və hörmətlə xarakterizə olunan yüksək siyasi əlaqələrimizi təsdiq edib”, - deyən Yunanıstan dövlətinin başçısı iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdıraraq dedi:

- Azərbaycan dünyanın ən əhəmiyyətli neft-qaz istehsalçılarından biridir və buna görə o, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu fakt, həmçinin Azərbaycanın Avropaya təbii qaz nəqli üçün TAP boru kəmərini seçməsindən sonra bizim enerji münasibətlərimizin xüsusi dinamikasında əksini tapıb. TAP bir başlanğıcdır. Enerji sahəsində əməkdaşlığımız Azərbaycan və Yunanıstan arasında münasibətlərin dərinləşməsi və ölkənizin Avropa ilə Asiya arasında geostrateji və geoiqtisadi mövqeyini gücləndirəcək bir şəkildə inkişaf etməlidir. Qafqaz ərazisi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Yunanıstanın Avropa İttifaqı Şurasına sədrliyi İttifaqla Azərbaycan arasında münasibətlərin daha sürətli inkişafına yardım edir.

Bilirsiniz ki, Yunanıstanın Qafqaz regionu ilə çoxəsrlik tarixi əlaqələri vardır. Biz bölgədə təhlükəsizliyi və sabitliyi həmişə dəstəkləyir və inanırıq ki, bu, regional əməkdaşlığa və rifaha səbəb olacaqdır. Yunanıstan xarici siyasətində Dağlıq Qarabağ da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə həmişə tərəfdar olub. Biz münaqişənin tezliklə milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan beynəlxalq hüquq çərçivəsində qaneedici həllinin tapılmasını arzu edirik.

Yunanıstan Prezidenti çıxışının sonunda ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə əminliyini ifadə etdi.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, bu, onun Yunanıstana ikinci səfəridir. Dövlətimizin başçısı budəfəki səfərinin yekunlarını yüksək qiymətləndirdi və aparılan danışıqların, imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev Yunanıstan ilə Azərbaycan arasında əlaqələrin qədim tarixə malik olduğunu və ölkələrimizin münasibətlərinin müasir dövrdə daha da inkişaf etdiyini vurğulayaraq dedi:

- Hələ XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Böyük İsgəndərə ithaf etdiyi “İsgəndərnamə” poemasında Aristotel, Arximed, Sokrat, Platon və digər görkəmli yunan mütəfəkkirlərindən bəhs edir.

Bu gün Yunanıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələr və faydalı dialoq iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə münasibətlərimizin inkişafına təkan verir. Biz, həmçinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik. Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında Yunanıstan çox müsbət rol oynayır.

Biz də bunu yüksək qiymətləndiririk. Əminəm ki, Yunanıstan Avropa İttifaqı Şurasında sədrliyi dövründə olduğu kimi, gələcəkdə də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir.

Son dövrlər enerji sahəsində əldə etdiyimiz nailiyyətləri əməkdaşlığımızın uğurlu göstəricisi hesab edirəm. Biz enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrimizin genişlənməsinə mühüm əhəmiyyət veririk. Azərbaycan Yunanıstan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdır. Biz imkanların araşdırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində bundan sonra da çalışacağıq.

Dövlət başçısı Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə neft-qaz kəmərlərinin şaxələndirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən də danışdı. Avropanın ən nəhəng layihələri olan TAP və TANAP layihələrinin icrası nəticəsində Azərbaycanın təbii ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaqdır. Prezident İlham Əliyev ölkəmizin regionda təhlükəsizliyin və sabitliyin tərəfdarı olduğunu vurğuladı və bu sabitliyə əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə danışaraq dedi:

- Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi vardır ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Çıxışının sonunda Prezident İlham Əliyev Yunanıstan dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12