İlham Əliyevin Qazaxıstana səfəri başa çatmışdır

02 dekabr 2010, 13:04
İlham Əliyevin Qazaxıstana səfəri başa çatmışdır

ATƏT-in VII sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dekabrın 2-də başa çatmışdır.

Astananın Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.