İlham ƏIiyevin və Avstriya Prezidenti Haynts Fişerin görüşü olmuşdur

01 dekabr 2010, 17:22
İlham ƏIiyevin və Avstriya Prezidenti Haynts Fişerin görüşü olmuşdur

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerin görüşü olmuşdur.

Avstriya Prezidenti qeyd etdi ki, ölkəsi Azərbaycan ilə siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafında çox maraqlıdır.

Bu istiqamətdə müəyyən addımların atılmasının, o cümlədən Azərbaycanda çalışan Avstriya şirkətlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulandı.

Prezident Haynts Fişer bu baxımdan Avstriyanın müvafiq şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd etdi.

Avstriya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlandı.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.